Bakıda əmək müfəttişlikləri üçün beynəlxalq təlim keçirilir
Lent.az-ın məlumatına görə, iki gün davam edəcək seminarın açılışında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev bildirib ki, seminar çərçivəsində Azərbaycandakı əmək müfəttişlərinin peşəkarlıqlarının artırılması, həmçinin, yerli müəssisələrdə baş verən bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılması və problemin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Seminarda 20 fərqli ölkədən mütəxəssis iştirak edir.
Seminarın təlimçisi Volfqanq Freiher von Rixtofen Azərbaycanın kifayət qədər inkişaf etdiyini bildirərək, ölkəmizin “Eurovision” müsabiqəsində birincilik qazanmasının çox böyük məsuliyyət gətirdiyini əlavə edib. O bildirib ki, bir il ərzində Azərbaycanda bununla bağlı bir xeyli böyük layihələr icra edilməlidir. Bu baxımdan, əmək müfəttişlərinin görəcəyi işlər də eyni templə artacaq. Yeni tikiləcək layihələrdə işçilərin təhlükəsizliklərinin və sağlamlıqlarının qorunması məsələsi ciddiləşəcək. Beynəlxalq təlimçi hesab edir ki, Bakıda keçirilən seminar bu baxımdan bir sıra ciddi faydalar verəcək. O bunu da bildirib ki, Azərbaycan istehsalat müəssisələrində əmək müfəttişlərinin fəaliyyəti baxımından bir sıra qonşu ölkələrdən irəlidədir.
Seminar mayın 26-da yekunlaşacaq.
Anar

520