Bakının ərazisi genişləndirilir
Bakı şəhər İcra Hakimiyyətinin idarəetməsinə 10 min hektara yaxın əlavə torpaq sahəsi verilib. Lent.az-ın məlumatına görə, bir vaxtlar meyvə-tərəvəz sovxoz və kolxozlarının ərazisi olmuş və kənd təsərrüfatı rayonu olduğundan Abşeron rayon İcra Hakimiyyətinin balansına verilmiş torpaq sahələri geri alınıb. Bakının müxtəlif rayonları arasında bölüşdürüləcək torpaq sahələrinin sahəsi isə 10 min hektara yaxındır.
Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqlardan istifadə və onların mühafizəsində dövlət nəzarəti şöbəsinin müdiri Lütfi Məhərrəmovun Lent.az-a verdiyi məlumata görə, həmin sahələr daha çox Bakının Binəqədi, Xəzər, Suraxanı və Xətai rayonlarının ərazisinə düşür: “Bakı və Sumqayıtın meyvə-tərəvəz ehtiyacını ödəmək üçün yaradılmış kolxoz və sovxozlar çoxdan ləğv olunub. Həmin ərazilər isə müxtəlif formalarda zəbt olunurdu. Bütün bunlara son qoymaq məqsədi ilə prezidentin fərmanı ilə Abşeron rayonunun 10 min hektar torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin idarəetməsinə verilib. Burada konkret olaraq, ərazilər göstərilib. Hazırda iş gedir, bundan sonrakı mərhələdə Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaqları bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinə ayırmalıdır. Bu da qurumun üzərinə düşən öhdəlikdir”.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycan prezidenti “Torpaqların dövlət ehtiyacları üçün alınması” ilə bağlı fərman imzalayıb və çox keçmədən Milli Məclisdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun qəbul olunub.

Oxşar yazılar

Pis günlər geridə qaldı: İyulun ikinci yarısında ən şanslı olacaq 5 BÜRC - siyahıdasınız?
17 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
17 iyul 2025 , 08:41
Bu BÜRCLƏR böyük möcüzəli dəyişiklik dalğası ilə üzləşəcək: şans tezliklə gələcək
17 iyul 2025 , 00:02
Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10