Bütün rayonlarında “Özünədəstək” layihəsi icra ediləcək
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə Regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi layihələrin icrası sahəsində vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı barədə nümayəndə heyətinə ətraflı məlumat verən Fizuli Ələkbərov bu sahədə görülən işlərin aztəminatlı əhali qruplarının rifahında müsbət dəyişikliklər yaratdığını və Azərbaycan hökumətinin yoxsulluğun aradan qaldırılmasında aktiv tədbirlərə üstünlük verdiyini vurğulayıb. Bu istiqamətdə pilot layihə kimi həyata keçirilən “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsindən söz açan əmək və əhalinin sosial müdafiəsi naziri bu layihənin əhali, xüsusən kənd əhalisi tərəfindən rəğbətlə qarşılandığını, layihənin cari ildə daha üç rayonda, gələn ildən isə bütün ölkədə icra ediləcəyini bildirib.
Ünvanlı dövlət sosial yardım proqramının regionda ən uğurlu layihələrdən biri olduğunu deyən Əsəd Alam Azərbaycan hökumətinin həyata keçirdiyi bu proqramın, eləcə də aztəminatlı ailələrə aktiv dəstək proqramı olan “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsinin əhəmiyyətli olduğunu söyləyib. O, belə layihələrin aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşmasında böyük rol oynadığını qeyd edib.
Görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ölkəmizdə sosial müdafiə işinin inkişafı sahəsində bundan sonra da yeni layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

621