Azərbaycanda tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyaları inşa ediləcək
24 may 2011 18:25 (UTC +04:00)

Azərbaycanda tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyaları inşa ediləcək



Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu (KTR) ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) arasında Anlaşma Memorandumu imzalanıb. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Memorandumu Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq və AzTEST-in direktoru Vidadi Hüseynov imzalayıblar.

Sənədə əsasən tərəflər istiqamətlər üzrə əməkdaşlıq, məhsulların və xidmətlərin sertifikatlaşdırılması sahəsində əməkdaşlığın inkişafı, məlumat mübadiləsi və digər məsələlər barədə razılığa gəliblər. Bu sahədə təcrübəyə malik olan Cənubi Koreya ilə birgə Azərbaycanda tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyalarının inşasına dair razılıq da əldə olunub. Bununla əlaqədar gələn ay Komitə rəsmilərinin Cənubi Koreyaya səfəri planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar