“Sağlam ailənin cəmiyyətin tərəqqisində rolu” - FOTO
24 may 2011 17:39 (UTC +04:00)

“Sağlam ailənin cəmiyyətin tərəqqisində rolu” - FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Sağlam ailənin təməli sağlam fərdlərdir” layihəsi çərçivəsində “Sağlam ailənin cəmiyyətin tərəqqisində rolu” mövzusunda tədbir keçirilib.

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin əhəmiyyətli olduğunu söyləyib.


Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov ölkənin əsas qanunu olan Konstitusiyada ailə hüquqları ilə bağlı bir sıra maddələrin təsbit edildiyini bildirib. O, ailənin toxunulmazlığı ilə bağlı qanunvericilik sahəsində bir sıra islahatların həyata keçirildiyini, Ombudsman Aparatının qanunverici orqan qarşısında bir sıra təşəbbüslərlə çıxış etdiyini də xatırladıb. Beynəlxalq təcrübəyə toxunan hüquqşünas mövcud olan qanunların cəmiyyətdə ailənin bütövlüyünün qorunmasına yönəldiyini vurğulayıb.

Elmi Tədqiqat Mamalıq-Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova yeniyetmələrin sağlamlığa diqqət yetirmədiyini və u sahədə problemlərin artdığını dilə gətirib. dedi. Problemlər irsi amillər və gənclərin sağlamlıq məsələsinə biganə yanaşmasından qaynaqlanır. Leyla Məmmədova gənc qızlara ailə qurmadan öncə tibbi müayinədən keçməyi tövsiyə edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova isə zərərli vərdişlər, xəstəliklər haqqında gənclərin məlumatlandırılmasını müsbət hal kimi xarakterizə edib. Onun sözlərinə görə, Azərbaycanda 2909 QİÇS daşıyıcısı var ki, bunlardan da 104 nəfəri əcnəbilərdir. O, gəncləri alkoqoldan, narkotik vasitədən və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev bildirib ki, ailə qurmazdan əvvəl tərəflər psixoloji cəhətdən buna hazır olmalıdırlar. Psixoloq yetkinlik yaşına çatmayan qızların ailə həyatı qurmasının fəsadlarından danışdı. Murad İsayev erkən nikahların sonradan dəhşətli fəsadlar törətdiyini vurğulayıb. “Sağlam ailə” Tibb Mərkəzinin androloqu Seymur Mehdiyev isə “Uro-androloji problemlər” adlı təqdimatla çıxış etdi. O, çıxışında kişilərdə mövcud olan xəstəliklərdən danışıb. Seymur Mehdiyev vaxtında aparılmayan müalicənin kişilərdə sonsuzluğa yol açdığını qeyd edib.

Sonda qonaqlar auditoriyanı maraqlandıran sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1246

Oxşar yazılar