Ekoloji seks necə olmalıdır?
24 may 2011 23:45 (UTC +04:00)

Ekoloji seks necə olmalıdır?

Cavab sadədir: İnsanın hər bir davranışı təbiətdə müəyyən iz buraxır. Bu qəbildən, seks də istisna deyil.

Seksin insan sağlamlığında rolu danılmazdır. Onun sayəsində insan stressdən qurtulur, immun sistemi güclənir, əhval-ruhiyyə yaxşılaşır və s. Bəs görəsən biz seksin planetimizə vurduğu zərər və ya gətirdiyi fayda barədə düşünmüşükmü?

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, amerikalı jurnalist Stefani İris Veis bu yaxında çapdan çıxan “Ekoseks. Sənin cinsi həyatın yaşıldımı?” adlı kitabında seks və ekologiyanı əlaqələndirməyə çalışıb. Müəllifin fikrincə, insanlar kimyəvi stimulyatorlardan (məs. Viagra) daha çox təbii vasitələrə, dədə-baba qaydalarına (bunlar əksər Azərbaycan ailələrinə tanışdır – müəllif) müraciət etməyi tövsiyə edir.

Müəllifin fikrincə, insanlar özləri üçün ekologiyaya diqqət yetirən partnyorlar seçməli, təbii materialdan olan alt paltarı geyməlidirlər. Kitabdan bəzi məsləhətləri sizin diqqətinizə çatdırırıq:

1. Seks zamanı işığı söndürsəniz, qlobal istilənmənin qarşısını, qismən də olsa, almaq mümkündür.

2. Təbii qida məhsulları qəbul edin. Şokolad və genetik modifikasiya olunmuş mallardan uzaq olun.

3. Açıq havada, göy otların üstündə məşğul olmaq da pis deyil, bu şərtlə ki ərazi herbisid və pestisidlərlə zəhərlənməmiş olsun.

4. Neft mənşəli yağlayıcılardan, məsələn vazelindən istifadə etməyin.

5. Həyatınızda savaşa yox, məhəbbətə yer ayırın.


Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1954

Oxşar yazılar