Qeyri-akademik qurumlar “Akademiya şəhərciyi”ndən çıxarılacaq
APA-nın məlumatına görə, bu barədə AMEA prezidenti Mahmud Kərimov deyib.
Onun sözlərinə görə “Akademiya şəhərciyində” bir neçə kənar təşkilat yerləşib. Bunlar Dövlət Reyestri Xidməti, Strateji Araşdırmalar Mərkəzi, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialıdır: “Ölkə prezidentinin göstərişinə əsasən onlar bu şəhərcikdən çıxmalıdırlar. Artıq bu işə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Əmlak Komitəsi ilə birlikdə müəyyən təkliflər hazırlayırıq”.
M. Kərimov deyib ki, MDU-nun filialının köçürülməsini o qədər məqsədəmüvafiq hesab etmir: “Bu universitet bilavasitə elmlə əlaqəsi olan təhsil müəssisədir. MDU-nun yetirmələrinin sonda AMEA-da çalışmasını istəyirik”.
Boşalan binaların hansı məqsədlə istifadə olunmasına gəlincə, M.Kərimov bildirib ki, hazırda AMEA-nın əlavə binalara ehtiyacı var: “Bu gün yer baxımdan akademiyanın bir çox institutlarında vəziyyət gərgindir. Akademiyada elm muzeyin yaradılmasına ehtiyac var. Bu günə qədər akademiyanın arxeologiya fondu yoxdur. Arxeoloqların arxeoloji qazıntılar zamanı tapdığı minlərlə əşya çox yararsız vəziyyətdə saxlanılır”.

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54