Geofizika və Geologiya İdarəsinə müsabiqə yolu ilə işə qəbul keçirilib
ARDNŞ-in Geofizika və Geologiya İdarəsində işə qəbul ilə əlaqədar müraciət etmiş 36 nəfər ali məktəb məzunu arasında növbəti müsabiqə keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iki mərhələdə keçirilmiş müsabiqənin birinci mərhələsində müxtəlif ali məktəbləri bakalavr və magistr pilləsi üzrə bitirmiş iştirakçılar öz ixtisaslarına uyğun olaraq geologiya, geofizika, mühəndisi geologiya, hidrogeologiya, mexanika, iqtisadiyyat, məntiq, ingilis dili və kompüter üzrə 50 sualı cavablandırıblar.
Geofizika və geologiya İdarəsi üzrə yaradılmış müsahibə komissiyasının üzvləri tərəfindən test suallarının cavabları yoxlanıldıqdan sonra 7 nəfər ikinci mərhələyə keçib. İkinci mərhələdə komissiya üzvləri namizədlərlə müsahibə aparıb, onların təcrübi bilik səviyyələrini yoxlayıblar. Bundan başqa, komissiya işə qəbul üçün müraciət etmiş daha 2 nəfəri (çilingər və sürücü) praktiki baxışdan keçirib.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən, 7 mütəxəssis və 2 fəhlənin bilik, bacarıq və peşəkarlıq səviyyələrinə görə işə qəbul olunması məqbul sayılıb və bununla bağlı ARDNŞ-ə müvafiq müraciət hazırlanması üçün qərar qəbul edilib.

Oxşar yazılar

Bu BÜRCLƏR böyük möcüzəli dəyişiklik dalğası ilə üzləşəcək: şans tezliklə gələcək
17 iyul 2025 , 00:02
Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58