Bakıda RRB-nin Rabitə iqtisadiyyatı üzrə komissiyasının iclası keçirilir
Bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası başlayır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmioovun Lent.az-a verdiyi məlumata görə, iclasın açılış mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edəcək.
İkigünlük toplantı çərçivəsində geniş spektrli məsələlərə baxılacağı nəzərdə tutulur. Tədbirdə RRB-nin 2010-cu il büdcəsinin icra olunmasının yekunları, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində iqtisadi münasibətlər sistemi, rabitə sahəsində tarifqoyma metodologiyası, MDB ölkələrində rouminq tariflərinin tənzimlənmə imkanlarına dair təkliflər, poçt şöbələrində maliyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi, universal xidmətlərin inkişaf mexanizmlərinin əsas istiqamətləri, rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf strategiyaları və digər məsələlər müzakirə olunacaq.
RRB-nin Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclasında Azərbaycan tərəfi respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətlərinin göstərilməsini nəzərdə tutan “Maliyyə Xidmətilərinin İnkişafı” layihəsinin həyata keçirilməsi, eləcə də universal telekommunikasiya xidmətləri haqqında məruzələrlə çıxış edəcək.

Oxşar yazılar

Bakının bu qəsəbəsi işıqsız qalacaq
10 iyul 2025 , 09:41
Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05