“Avtoş”ların izinə bu dəfə sosioloqlar düşüb - SORĞU
Lent.az-ın məlumatına görə, “Aktual” elmi-sosioloji araşdırmalar mərkəzi tərəfindən “avtoş”ların sosial-demoqrafik xüsusiyyətlərini və dünya görüşlərini müəyyənləşdirmək məqsədi ilə sosioloji sorğu keçirilib.
Mərkəzin rəhbəri sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlının sözlərinə görə, paytaxtda keçirilən sorğuda təsadüfi seçmə yolu ilə seçilmiş 20 respondent - “avtoş” iştirak edib. Respondentlərin 98 faizi kişi, 2 faizi qadınlar olub. Ortalama yaşı 19-24 yaş aralığındadır. Ailə vəziyyətinə gəldikdə, onların 60 faizi subay, 15 faizi nişanlı, 15 faizi boşanmış, 10 faizi evlidir. Təhsil səviyyəsinə görə 76 faizi orta ümumtəhsil məktəbinin məzunu (bunlardan bir qismi hazırda tələbədir (34%) , 20 faizi ali təhsilli, 12 faizi natamam orta təhsilli. “Orta məktəbi hansı dildə bitirmisiz?” sualına respondentlərin 90 faizi Azərbaycan dili, 10 faizi rus dili cavabını verib. Respondentlərin 78 faizi Bakı, 22 faizi rayonda doğulub.
“Hazırda hansısa bir işdə işləyirsinizmi?” sualına respondentlərin 34 faizi “işləmirəm” (bunlar əsasən əyani oxuyan tələblərdir), 24 faizi “özəl şirkətdə”, 20 faizi “dövlət işində”, 22 faizi “sahibkarlıqla məşğul oluram” cavabını verib. “Avtoş” respondentlərin 77 faizinin avtomobil markası VAZ 2107, 10 faizi Vaz 2106, 13 faizi başqa markalardır. Bu avtomobillərin 60 faizi qara, 25 faizi ağ, 15 faizi digər rənglərdədir.
“Avtomobiliniz dövlət nişanının xüsusi seçiminiz varmı?” sualına respondentlərin 90 faizi “bəli”, 10 faizi “xeyr” variantını qeyd edib. Araşdırma zamanı məlum olub ki, respondentlərin böyük hissəsi ortalama olaraq 17.5 yaşından etibarən avtomobil idarə edir.
“Sizin üçün sürət nəyi ifadə edir?” sualına respondentlərin 64 faizi “adrenalin”, 25 faizi “digərlərindən üstün olmaq”, 11 faizi isə “ həvəs” cavabını verib.
“Avtomobili sürətlə idarə etməyə sizi nə vadar edir?” sualına isə respondentlərin 50 faizi “həvəs”, 25 faizi “ zövq” 25 faizi “daxili ehtiyac” cavabını verib.
Həmçinin respondentlərə ünvanlanan suallardan məlum olub ki, onların 40 faizində sürətə qarşı həvəs “uşaqlıqda izlədiyi filmlərdən və oynadığı kompüter oyunlarından”, 22 faizində “yoldaşlarının təsirindən”, 28 faizində isə başqa amillərdən irəli gəlir.
Respondentlər, başqalarının onları “avtoş” adlandırmasına özlərinin münasibəti sualına 85 faizi “bu sözdən qürur duyuram”, 15 faizi “heç bir münasibətim yoxdur” cavabını veriblər.
“Avtomobildə hansı növ musiqi dinləyirsiniz?” sualına respondentlərin 65 faizi “meyxana”, 15 faizi “estrada”, 20 faizi isə müxtəlif janrlarda da musiqi dinlədiklərini qeyd ediblər.
Onların valideynlərinin “yüksək sürətlə avtomobil idarə etmələrinə münasibəti necədir?” sualına 60 faiz “qətiyyətlə qarşı çıxır”, 20 faiz “avtoş olduğumdan xəbərləri yoxdur”, 20 faizi isə “artıq məsləhət verməkdən təngə gəliblər” şəklində cavablandırıblar.
Eyni zamanda məlum olub ki, respondentlərin 45 faizi avtomobilə aid jurnallar oxuduqları halda, 60 faizi isə heç mütaliə etmədiklərini qeyd ediblər.
Kim bilir, bəlkə avtoşları bu yoldan çəkindirməyin bir yolu da onlarda mütaliəyə qarşı həvəs oyandırmaqdır... Əbülfəz Süleymanlının sözlərinə görə, bu təklif ilk baxışda qəribə və bir qədər də məzəli görsənsə də ən azı təcrübə etməyə dəyər.
Həmçinin sosioloq valideynlərin uşaqların izlədikləri filmlər, oyandıqları kompüter oyunları və dost mühiti mövzusunda daha diqqətli olmalarını tövsiyə edib.

1331