“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlandı
24 may 2011 09:36 (UTC +04:00)

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün “Azercell” və “Bakcell” nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

İmtahanda iştirak etmək hüququ olan 10275 abituriyentdən 188 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

İmtahanda iştirak edən abituriyentlərdən 8696 nəfəri müsabiqə şərtini ödəyib ə “məqbul” qiyməti alıblar. Nəticələr mayın 23-də saat 17:45-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Mayın 22-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2011-ci il iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar