Səməd Seyidov Çin Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşüb
23 may 2011 17:29 (UTC +04:00)

Səməd Seyidov Çin Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşüb

ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Lent.az-a verdiyi məlumata görə, görüş Azərbaycan Dillər Universiteti ilə Çinin Beynəlxalq münasibətlər İnstitutu arasında gələcək mümkün əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün tanışlıq məqsədi daşıyıb.
Səməd Seyidov Çin ilə Azərbaycan arasında gözəl əlaqələrin olduğunu bildirib. O deyib ki, bütün beynəlxalq məsələlərdə Azərbaycan-Çin əlaqələri geniş inkişaf edir və bu inkişaf təhsil sahəsində də özünü büruzə verir. Səməd Seyidovun sözlərinə görə, əlaqələrimizin daim inkişafı məhz Çin mədəniyyətinin qədim və möhtəşəm bir tarixə malik olmasından xəbər verir: “Bu baxımdan ADU-da Çin mərkəzinin açılması Çin ilə Azərbaycan təhsil əlaqələrinin inkişafında mühüm bir addım olacağına əminəm”.
Cənab Ji Ziye təmsil etdiyi institut haqda ətraflı məlumat verib. Doktorantura pilləsi haqda danışıb. Qonaq əməkdaşlıq üçün məhz Azərbaycan Dillər Universitetini seçdiklərini qeyd edib.
Görüş zamanı gələcəkdə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi məsələləri də müzakirə obyektinə çevrilib.
Sonra qonaqlar ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrası ilə də tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar