Sumqayıtda keyfiyyətsiz ərzaq məhsulu istehsal edən sahibkar cərimələndi
23 may 2011 17:14 (UTC +04:00)

Sumqayıtda keyfiyyətsiz ərzaq məhsulu istehsal edən sahibkar cərimələndi

Sumqayıt şəhəri, Azadlıq prospekti, 2 ünvanında Tahir Əhmədova məxsus istehsalat sahəsində bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək müvafiq reseptura olmadan istehsal edilməsi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Tahir Əhmədova 904 manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar