Ekoloqlarımız peşə bayramlarını qeyd ediblər
23 may 2011 14:24 (UTC +04:00)

Ekoloqlarımız peşə bayramlarını qeyd ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib. O, nazirliyin fəaliyyət göstərdiyi 10 il ərzində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin 21 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamlarına müvafiq olaraq nazirliyin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunublar. Hüseyn Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin 13 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edib.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə prezidentinə müraciəti qəbul olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Heydər Əliyev tərəfindən əsası qoyulmuş ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar