BDU-da “Türk dünyası: dünəni və bu günü” adlı konfrans başlayıb
23 may 2011 14:09 (UTC +04:00)

BDU-da “Türk dünyası: dünəni və bu günü” adlı konfrans başlayıb

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, konfransı açan və işinə uğurlar arzu edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib.

Azərbaycan Tarix Qurumunun sədri, professor Tofiq Mustafazadə də konfransın işinə uğurlar arzulayıb, qloballaşan, eyni zamanda müxtəlif sivilizasiyalar arasında yaxınlaşma ilə yanaşı münaqişələrin müşahidə olunduğu günümüzdə bir-birinə qohum millətlər, o cümlədən də türk millətlərinin möhkəm birləşmə zərurətlərindən bəhs edib.

Sonra plenar iclas başlayıb. BDU-nun kafedra müdiri, professor Əsməd Muxtarova, “Türk xalqlarının qədim dövr və orta əsrlər dövrü dövlətçilik tarixi məsələləri haqqında”, professor, doktor Mehmat Saray “Türkiyənin yeni türk cümhuriyyətlərinə qarşı izləməsi gərək olan sosial, iqtisadi və mədəni siyasət və fəaliyyət”, Böyük Britaniya Türk Dünyası Forumu Onursal Başkanı Annakuly Nurmammedov “Avrasiya bölgəsindəki bütünləşmələr, birliklər”, BDU-nun tarix fakültəsinin dekanı, professor Sani Hacıyev isə “Yunanıstan, Ermənistan və PKK” (XX əsrin 80-90-cı cı illər) mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfransda Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, İran, Ukrayna, Belarus, İngiltərə, ABŞ, Yaponiyadan nümayəndələr qatılıb və 47 məruzə təqdim olunub. Konfrans 7 bölmədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar