Miqrasiya orqanlarına imtahanda 454 nəfərdən 43-ü keçdi
23 may 2011 10:02 (UTC +04:00)

Miqrasiya orqanlarına imtahanda 454 nəfərdən 43-ü keçdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 528 nəfərin namizədliyi qeydə alınıb.
Qeydə alınan namizədlərdən 454 nəfəri imtahanda iştirak edib, 74 nəfər imtahana gəlməyib. İmtahanın nəticələri TQDK-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən 43 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar