Vergi orqanlarında işləmək istəyənlərin test imtahanının nəticələri elan olundu
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 1274 nəfəri imtahanda iştirak etmiş, 344 nəfər imtahana gəlməyib. İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
Nəticələrə əsasən 290 nəfər müsabiqə şərtini ödəyib və müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

990