Misir Mərdanov şimal bölgəsində təhsilin vəziyyətindən narazıdır
Xaçmazda təhsilin davamlı inkişafına dair regional konfrans keçirilib. Konfransda Təhsil naziri Misir Mərdanov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, 7 rayonun - Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarın təhsil şöbələrinin nümayəndələri iştirak edib.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, nazir şimal bölgəsində təhsil sahəsinin səviyyəsinin qənaətbəxş olmadığını deyib. Ən böyük problem məktəbəqədər təhsil sahəsindədir. Hazırda regionda cəmin 15-16 faiz şagird orta məktəbə bağçalardan gəlir. Bu sahədə tərbiyəçilərin sayı azdır və onların bir qismi orta təhsillidir. Məktəbəqədər təhsil müəssisələrində texniki təminat aşağı səviyyədədir.
Bundan əlavə orta məktəblərdə də ciddi problemlər var. Nazir məktəblərə müəllim qəbulu ilə bağlı rayon təhsil şöbələrinin müdirlərinə tapşırıqlar verib. O, bildirib ki, bəzi məktəblərdə hələ də orta təhsilli müəllimlər dərs deyir. Nazir həmçinin qeyd edib ki, müəllimlərin kurikulum sisteminin mənimsənilməsində də problemlər var.
Digər bir problem bəzi yaşayış məntəqələrində təhsil müəssisələrinin olmamasıdır. Hazırda 495 belə yaşayış məntəqəsi var. Region məktəblərinin qızdırılması sahəsində də problem hələ də qalmaqdadır. Xaçmaz 100, Qubada 124, məktəbin qızdırılmasında problem var.
Vəli Turan

535