ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” adlı konfrans başa çatdı - FOTO
ADU İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Lent.az-a verdiyi məlumata görə, konfransın bağlanış mərasimində çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ikigünlük konfransda xarici dillərin tədrisi ilə bağlı bölmələrdə qızğın və maraqlı diskussiyaların getdiyini söyləyib. Əvvəlki konfranslarla müqayisədə budəfəki konfransda keyfiyyətin yüksəldiyini qeyd edən D.Yunusov müzakirələrdə ali məktəblərlə yanaşı, orta məktəb nümayəndələrinin də fəal iştirak etdiyini deyib.
Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov ADU-nun 2 gün ərzində zəngin tarixi gün yaşadığını bildirib. Konfrans müddətində gənc müəllimlərə, elm adamlarına tribuna yaradıldığına deyən N. Yusifov bu sahədə aparılan işləri yüksək qiymətləndirib.
Sonra konfransın bölmə rəhbərləri – professorlar Dilarə İsmayılova, Azad Məmmədov, Məsməxanım Qazıyeva, Gülnar Hüseynzadə, dosentlər Vidadi Bəşirov, Həmidə Əliyeva çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Sonda konfransın yekun sənədi qəbul edilib.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09