Vergi orqanlarında işə qəbul üçün imtahan keçiriləcək
Lent.az-ın məlumatına görə, imtahanda iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb və onlara imtahana buraxılış vərəqəsi mayın 16-dan etibarən təqdim olunub.
İmtahan Bakı Dövlət Universitetinin I və yeni tədris binalarında saat 10:00-da başlanır. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər Nazirliyi tərəfindən 2113 sualdan ibarət test toplusu əvvəlcədən çap olunaraq namizədlərin istifadəsinə verilib. İmtahanda namizədlərə müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək.
Suallar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edir. 10 sual namizədlərin informatika üzrə biliklərinin, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur (həmin suallar TQDK tərəfindən hazırlanır).
İmtahan 3 saat davam edəcək. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar.
İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin (www.taxes.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

4468