“Azərsu” əhaliyə müraciət edib
20 may 2011 13:23 (UTC +04:00)

“Azərsu” əhaliyə müraciət edib

Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, abunəçilərin su təchizatında mövcud qrafikdən kənarlaşmalara yol verilməməsi və istehlakçıların artan tələbatını ödəmək üçün mənbələrdən götürülən və xətlərə vurulan suyun həcmini artırıb.

Tələbatı ödəmək və bütün istehlakçılara normal həcmdə içməli su verilməsi üçün magistral və məhəllədaxili kəmərlərdə təzyiqlər artırılıb. Təzyiqin yüksəlməsi isə istismar müddətini başa vurmuş və fiziki cəhətdən köhnəlmiş borularda tez-tez sızma və qəzalarla müşahidə olunur.

Bunları nəzərə alaraq “Azərsu” ASC əhalidən və istehlakçılardan xahiş edir ki, su təminatında yaranmış problemlər, həmçinin magistral xətt və küçələrdə hər hansı qəza və sızma halları ilə rastlaşdıqda dərhal şəhər telefonlarından 961 nömrəli qaynar xəttə, həmçinin 431-41-67, 431-39-42 nömrələrinə zəng edib məlumat versinlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar