TQDK miqrasiya orqanlarında işləmək istəyənlər üçün imtahan keçirəcək
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. İmtahanda iştirak etmək istəyən 528 nəfərin namizədliyi qeydə alınıb. Sənədlərini təqdim etmiş namizədlər “imtahana buraxılış vərəqəsi”ni əldə etmək üçün may ayının 19-u, 20-si (saat 09.00-dan 17.30-dək) və 21-i (saat 09.00-dan 12.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatına müraciət edə bilərlər. Test imtahanı Azərbaycan Kooperasiya Universitetinin binasında (ünvan: Nəcəf Nərimanov küçəsi, 8b) saat 10:00-da başlanır.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ixtisas (miqrasiya sahəsinə dair qanunvericilik) 20 sual Azərbaycan Respublikasının Konstitusiyası, tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.
İmtahan 3 saat davam edir. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

1379