TQDK ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə 2011-ci il mayın 21-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Lent.az-ın məlumatına görə, imtahan Azərbaycan Texniki Universitetinin idman zalında saat 10:00-da başlanır. Namizədlər özləri ilə “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.
3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: 80 sual namizədin hüquq və ədliyyə fəaliyyətinə dair qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb); 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb).
Namizədlərin balları hesablandıqda hüquq və ədliyyə fəaliyyəti ilə bağlı qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 balla qiymətləndirilir.
Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.
Ümumi nəticədə 55 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılacaq.

846