Rus bölməsinin abituriyentləri mayın 22-də Azərbaycan dilindən imtahan verəcək
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda 10275 abituriyentin iştirakı nəzərdə tutulur: Bakı şəhərində 7154, Naxçıvanda 32, Gəncədə 1515, Sumqayıtda 531, Şəkidə 277, Lənkəranda 209, Qubada 557 nəfər.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 19-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edirlər.
İmtahan Bakı şəhərində 12, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 75 imtahan rəhbəri, 747 nəzarətçi-müəllim cəlb olunur.
İmtahan bütün şəhərlərdə eyni vaxtda: saat 14:00-da başlanır.
Mayın 22-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 17 may 2011-ci saat 14:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.
“Elektron ərizə”lərini SQK-da 17 may 2011-ci il saat 14:00-dan sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2011-ci il iyunun 26-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.
Mayın 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər 2011-ci il iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər.
Nizam

1177