BSTA-nın Avropa Şəbəkəsinin rəhbəri Azərbaycandadır
Lent.az-ın məlumatına görə, Azərbaycanda səfərdə olmaqdan məmnunluq bildirən Z.Derdzyuk deyib ki, BSTA-nın Avrasiya Şəbəkəsi üzrə əlaqələndirici rolunu oynayan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və iki ölkənin sosial təminat sahəsində yardımlaşması məsələləri müzakirə ediləcək.
Polşalı nümayəndə heyəti Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla ölkəmizin də üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, həmçinin, DSMF-nin Polşa Sosial Sığorta Təşkilatı ilə əməkdaşlıq məsələləri, sığorta və pensiya sahəsində islahatlar, eyni zamanda, Avropada işləyən azərbaycanlıların pensiya təminatı ilə bağlı problemləri müzakirə edəcək.
Səfər zamanı nümayəndə heyətinin DSMF rəsmilərindən əlavə, bir sıra rəsmi dövlət orqanları ilə də görüşməsi nəzərdə tutulub.
Anar

512