Qadın parlamentinin iclası keçirilib - FOTO
Lent.az-ın məlumatına görə, insan hüquqları sistemi üzrə silsilə tematik sessiyalar artıq yekunlaşıb. Üç gün davam edən sessiyada parlament üzvlərinə Beynəlxalq İnsan Hüquqları Sistemi və Mexanizmlərinə Ümumi Giriş (mühazirəçi BMT-nin rezident-koordinatoru İradə Əhmədova), BMT-nin İnsan Hüquqları Sistemi və Mexanizmləri (mühazirəçilər BMT-nin İctimai və İnformasiya şöbəsinin rəhbəri Envera Selemoviç, BMT-nin Uşaq Fondunun proqram rəhbəri Munir Məmmədzadə), Avropa İnsan Hüquqları Sistemi və Mexanizmləri (mühazirəçilər Azərbaycanda Avropa Şurası Ofisinin Rəhbəri səfir Konstantin Yerokostopulos, Azərbaycanda Avropa Şurası Ofisinin rəhbəri Monika Martinez, Azərbaycanda Avropa Deleqasiyasında Siyasi şöbənin rəhbəri Jerom Pons), Azərbaycan İnsan Hüquqları Sistemi və Mexanizmləri ( Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Apparatının elmi-analitik şöbəsinin rəhbəri Mahir Məmmədov) mövzularında bilgilər verib. Mühazirələr parlament iştirakçılarının mövzu ətrafında müzakirələriylə davam edib. Silsilə tematik sessiyalarda parlament üzvləri insan haqlarının qorunması ilə bağlı beynəlxalq və yerli təcrübələrin öyrənilməsindən yararlanıblar.
Qeyd edək ki, Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkmilləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur.

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20