“Bakının nəqliyyat şəbəkəsi “Eurovision 2012”-dək tam hazır olacaq”
Bunu Lent.az-a Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov bildirib. N.Həsənov hazırda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Qələbə”, “Azadlıq”, “Azneft” meydanlarında, “Neftçilər”, “Parlament”, Heydər Əliyev prospektlərində, həmçinin Ziya Bünyadov, Bülbül, Zərifə Əliyeva küçələrində müxtəlif yol nəqliyyat qovşaqlarının tikildiyini xatırladıb.
Şəhidlər Xiyabanının qarşısında 7 keçidli müasir tipli keçidin tikiləcəyini bildirən nazirlik rəsmisi bir sıra yolların da istifadəyə veriləcəyini deyib. N.Həsənov xüsusilə Bakı dairəvi yolunun bir hissəsi kimi təqdim olunan Mərdəkan-Bilgəh-Sumqayıt yolunun yüksək keyfiyyətlə tikildiyini və işin böyük bir qisminin geridə qaldığını söyləyib.
N.Həsənov sonda qeyd edib ki, bütün bu işlər paytaxt əhalisinin rahatlığına xidmət edir. Həmçinin, gələn il paytaxtımızda keçiriləcək “Eurovision 2012” müsabiqəsinədək bütün yol-nəqliyyat şəbəkəsi tam hazır vəziyyətdə olacaq.
Nizam RZA

Oxşar yazılar

Bakıya yağış yağacaq - Sabahın havası
4 iyul 2025 , 13:02
Ən pis konservlər AÇIQLANDI
4 iyul 2025 , 11:59
Bu günün ən şanslı 3 BÜRCÜ: həyatınız çox yaxşılaşacaq - Siyahıdasınız?
4 iyul 2025 , 11:44
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL -VİDEO -YENİLƏNİB
4 iyul 2025 , 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
4 iyul 2025 , 11:21
Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08