Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün yeni yaşayış kompleksi
Lent.az-ın məlumatına görə, açılış mərasimində prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı var.
Prezident yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış olub. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib.
Yaşayış kompleksi ilə tanışlıqdan sonra prezident İlham Əliyev bir qrup sakinə mənzillərin orderlərini təqdim edib.

Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44