Azərbaycan 11-ci Qlobal Səyahət və Turizm Sammitində
19 may 2011 16:57 (UTC +04:00)

Azərbaycan 11-ci Qlobal Səyahət və Turizm Sammitində

Səfər çərçivəsində Əbülfəs Qarayevi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edir.

Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, sammitdə bir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturlarının və şəbəkələrinin, turizm və səyahət şirkətləri rəhbərləri, şəhər merləri daxil olmaqla 65 ölkədən nümayəndə heyəti gəlib. Ə. Qarayevin də iştirak etdiyi sammitin iclasında turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə müzakirələr aparılıb.

Sammit çərçivəsində nazir Yaponiya Milli Turizm Təşkilatının prezidenti Tadatoshi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının vitse-prezidenti Ju Shanconq, Sudanın turizm naziri Ahmed Babkier Nihar ilə görüşlər keçirib. Həmçinin nazir Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüşüb.
Bundan başqa Ə.Qarayev Itar-Tass və Breaking Travel News informasiya agentliklərinə və digər media nümayəndələrinə müsahibələr verib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti ilk dəfədir bu mötəbər tədbirdə iştirak edir.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar