Özəl klinikalar nəticəsiz müalicəyə görə məsuliyyət daşıyacaq
Lent xəbər verir ki, bu, hazırda Milli Məclisin Sosial siyasət komitəsində hazırlanan “Pasientlərin hüquqları haqqında” qanunda nəzərə alınıb. Qanunda həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti öz əksini tapacaq. Burada pasientlərin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək.
Qeyd edək ki, bu il qanunun Milli Məclisin plenar iclaslarının birində müzakirəyə çıxarılması gözlənilir.
Mübariz Aslanov
Qeyd edək ki, bu il qanunun Milli Məclisin plenar iclaslarının birində müzakirəyə çıxarılması gözlənilir.
Mübariz Aslanov
729