Azərbaycan nümayəndə heyəti II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib - FOTO
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyə paytaxtında keçirilən II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib. Lent.az-ın məlumatına görə, S.Müslümov simpoziumun əvvəlindəki ıxışı zamanı Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəlmiş gənclərimizin səhnədə qardaş Türkiyənin dövlət bayrağını dalğalandırmalarına diqqət çəkib.
Fondun sədri Azərbaycanda son illər prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, pensiya və müavinətlərin artırılması istiqamətindəki tədbirlərdən söhbət açıb.
Tədbirdə çıxış edən Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Ömər Dinçər bu ölkədə həyata keçirilən sosial islahatlardan ətraflı danışıb. Simpoziumun sonunda Ömər Dinçər DSMF sədri Səlim Müslümov və BSTA-nın baş katibi Hans Host Konkalevskiyə plaket təqdim edib.
Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində Türkiyə Sosial Güvənlik Kurumunun rəhbərliyi ilə də görüşmüş, əməkdaşlığın perspektivlərini müzakirə edib.

541