Dövlət Qulluğu Məsələləri üzrə Komissiya təlimlər keçirir
Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komissiya Ağcabədi və Şamaxıda regional təlimlər keçirir.
Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti”, “İş bölgüsünün aparılması qaydaları”, “Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası”, “Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatla çıxış ediblər.
Eyni təlimlər 19-20 may tarixlərdə Şamaxı şəhərində Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının yerli icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və məhkəmə hakimiyyəti orqanlarında çalışan rəhbər vəzifəli dövlət qulluqçuları üçün də keçiriləcək.
Qeyd edək ki, təlimlər davamlı xarakter daşıyır və Azərbaycanın bütün regionlarını əhatə edəcək. İlk təlim 2008-ci ilin noyabr ayında Gəncə və Tovuzda keçirilmişdir. 2008-2010-cu illər ərzində Komissiya Şəki, Yevlax, Şamaxı, Masallı, Salyan, Quba və Bakıda, 2011-cu ilin 28 aprel – 6 may tarixlərdə isə Gəncə, Mingəçevir və Şəkidə silsilə təlimlər keçirib.

1004