“Binəqədi OİL”in ərazisinin 67 faizini vətəndaşlar zəbt edib
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansında olan ərazilərdə tikilən qanunsuz evlərin sökülməsinə yox, yenilərinin tikilməsinin qarşısını almağa çalışır.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
“Həm neftlə çirklənmiş, həm də kontrakt sahələrində tikilmiş bu evləri söküb sakinləri küçəyə atmaq fikrində deyilik. Çalışırıq ki, bir gecədə ev tikib üstünü örtüb yaşamasınlar. İnsanların neftlə çirklənmiş ərazidə yaşaması sağlamlıq və təhlükəsizlik baxımından da düzgün deyil” - deyə R.Abdullayev qeyd edib.
ARDNŞ prezidenti qanunsuz tikililərin neft istehsalına da böyük maneə törətdiyini vurğulayıb: “Binəqədi OİL” ilə bağlanan müqavilənin şərtlərinə əsasən, kontrakt sahəsi kimi müəyyənləşdirilən ərazinin 67%-i vətəndaşlar tərəfindən zəbt olunub. Onlar yaxın bir-iki il ərzində istehsalı 2 dəfə artırmalıdırlar, amma göstərilən səbəbdən heç bir iş görə bilmirlər. Hazırda qanunsuz tikililərlə bağlı 2 mindən çox iş məhkəmədədir, 2 mindən çox iş üzrə isə məhkəmələr ARDNŞ-nin xeyrinə qərar verib”.

584