“Sosial Xidmətlərin Yaxşılaşdırılmasında Bələdiyyələrin Bilik və Bacarıqların Artırılması” - FOTO
“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial Xidmətlərin Yaxşılaşdırılmasında Bələdiyyələrin Bilik və Bacarıqların Artırılması” adlı layihənin icrasını davam edir.
DANiB-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bələdiyyə kadrlarının dövlətin sosial siyasətinə dair bilik və bacarıqların artırılması üzrə 13-16 may tarixində Qusar, Nabran, Xudad və Xaçmaz bələdiyyələrində dəyirmi masalar həyata keçirilib.
Dəyirmi masalarda bələdiyyə qanunvericiliyi, Azərbaycanda 2008-2015-ci illərdə yoxsulluğun azaldılması, Davamlı İnkişaf Dövlət Proqramında (YADİDP) bələdiyyələrin üzərinə qoyulan vəzifələr və dövlətin sosial siyasətində bələdiyyələrin rolu haqqında geniş müzakirələr aparılıb.

497