Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının yeni direktoru ilə görüşüb
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının yeni direktoru Maykl Qrinlə görüşüb. Şuradan APA-ya verilən məlumata görə, görüşdə hər iki qurumun gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
M. Qrin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyət planları haqqında danışaraq, yaxın zamanlarda rəhbərlik etdiyi missiya tərəfindən Azərbaycanda icrasına başlanılacaq “Sosial-iqtisadi inkişafa dəstək layihəsi” çərçivəsində şura ilə əməkdaşlıq üçün təkliflərin hazırlanması təşəbbüsü ilə çıxış edib. A. Quliyev isə şuranın fəaliyyəti, QHT-lərə dövlət dəstəyinin istiqamətləri və prinsipləri haqqında qonağı məlumatlandırıb. O, ötən illər ərzində şuranın bir sıra beynəlxalq təşkilatlar, fondlar və biznes qurumları ilə birgə maliyyələşdirmə proqramları həyata keçirdiyini bildirib.

515