Naxçıvanda leyləklər bir neçə mərtəbəli bina “tikib” - FOTO
18 may 2011 16:45 (UTC +04:00)

Naxçıvanda leyləklər bir neçə mərtəbəli bina “tikib” - FOTO

Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan-İğdır avtomagistralının 6-cı kilometrində leyləklərin yüksək gərginlikli elektrik xətləri dirəklərində qurduğu bir neçə mərtəbəli yuvalar görənləri heyrətləndirir.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, yüksək cərəyanlı elektrik dirəklərində yerləşən bir neçə mərtəbəli yuvalar villalara bənzəyir. Turistlər Naxçıvanla Türkiyənin sərhədindəki Dilucu sərhəd-buraxılış məntəqəsini keçəndən sonra Şərur kəndinin yolunda bir dirəkdə 4 mərtəbəli leylək yuvasına böyük maraqla baxırlar. Görünür, leyləklər başqa yer tapmadıqlarından elektrik dirəyində bir neçə mərtəbəli yuvalar qurub. Şərur sakinlərinin sözlərinə görə, bu ərazidə belə yuva - “villalar” çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar