“Eurovision”dakı qələbəmizlə bağlı sosioloji sorğu keçirilib
Mərkəzin rəhbəri, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlının Lent.az-a verdiyi məlumata görə, əsasən Bakı şəhərində və ölkənin bir sıra rayonlarında aparılan sorğuda 100 respondent iştirak edib. Onların 52 faizi kişi, 48 faizi qadın olub. Respondentlərin ən gənci 17, ən yaşlısı isə 73 yaşdadır. Respondentlərin 38% ali, 32% orta, 17% magistr, 13% elmi dərəcələri var.
“Bu il keçirilən Eurovision müsabiqəsini necə izlədiniz?” sualına respondentlərin 56 faizi “Gecə yarısına qədər həyəcanla televiziyadan final müsabiqəsi başa çatana qədər izlədim”, 21 faizi “nəticələri sabah KİV-dən (televiziya, radio, internet) öyrəndim”, 10 faizi “nəticələri sabah dostlarımdan öyrəndim”, 7 faizi “nəticələri sabah ailə üzvlərindən öyrəndim” və 6 faizi “nəticələri həmin gecə küçələrdəki qələbə izdihamından öyrəndim”, - deyə qeyd edib.
“Azərbaycan təmsilçilərinin builki “Eurovision” müsabiqəsinin qalibi olacağına əvvəlcədən inanırdınızmı?” sualına respondentlərin 64 faizi “bəli, tam əmin idim”, 28 faizi “mənim üçün nəticə sürpriz oldu” və 8 faizi “nəticələr haqqında daha əvvəl heç fikirləşməmişdim” cavab variantını göstərib.
“Nəticələri öyrəndiyiniz an hansı hissləri keçirdiniz?” sualına respondentlərin böyük əksəriyyəti (35%) “Millətimlə və dövlətimlə qürur duydum”, variantını seçib. Respondentlərin 24 faizi “sevincimdən göz yaşlarımı tuta bilmədim”, 13 faizi “sevincimi bölüşmək üçün küçəyə çıxdım”, 17 faizi “sevincimi ailə üzvlərimlə bölüşdüm” və 11 faizi “bu sadəcə bir müsabiqədir” deyib nəticələri soyuqqanlılıqla qarşıladım” cavabını verib.
“Sizcə, “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi ölkəmizə nə qazandırdı?” sualına respondentlərin 48 fazii “Azərbaycanın beynəlxalq arenada imicinin artmasına səbəb oldu”, 42 faizi “başqa sahələrdə qələbələr və uğurlar üçün çox yaxşı stimul oldu”, 10 faizi isə “düşünürəm ki, nəticələrini sadəcə mahnı müsabiqəsi kimi qiymətləndirmək lazımdır” şəklində cavablandırıb.
Əbülfəz Süleymanlının sözlərinə görə, sorğunun ümumi nəticəsindən belə bir qənaətə gəlmək olar ki, insanların Azərbaycan təmsilçilərinin qələbəsinə inamı yüksək olub. Eyni zamanda təmsilçilərimizin qələbəsi insanlarda gələcəyə inamı artırıb və ən başlıcası insanların dövlətimiz və millətimizlə qürur hissi keçirmələrinə səbəb olub.

604