Pensiyalar iyulun 1-dən artırılacaq
17 may 2011 17:55 (UTC +04:00)

Pensiyalar iyulun 1-dən artırılacaq

Lent.az-ın məlumatına görə, spiker Oqtay Əsədov dəyişiklikləri deputatların müzakirəsinə çıxarıb. Deputatlar Siyavuş Novruzov, Qüdrət Həsənquliyev və digərləri qanun layihəsinə nəzərdə tutulmuş dəyişikliklərdə bir sıra boşluqların olduğunu bildirərək, gələcəkdə bu məsələlərin problem yarada biləcəyini istisna etmədiklərini qeyd ediblər.


Müzakirələrin yekununda səsverməyə qoyulan layihə təsdiq edilib. Dəyişiklərə əsasən, 1 yanvar 2006-cı il tarixinədək pensiyaya çıxan şəxslərin pensiyasının məbləğini orta hesabla 40 faiz artacaq. Dəyişiklik iyulun 1-dən qüvvəyə minəcək.


Dəyişikliklərdə nəzərdə tutulub ki, pensiyaların staja əsasən hesablansın. Qanunun qüvvəyə minməsindən sonra orta hesabla 845 min nəfərin pensiyası artacaq.

Qanuna edilmiş dəyişikliklər 2006-cı ilin yanvar ayının 1-ə qədər pensiyaya çıxmış şəxslərə şamil edilir.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar