Sabirabadda etiraz aksiyası keçirilib
Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, 300 nəfərə yaxın şəxs rayon Sosial Müdafiə Mərkəzinin qarşısına cəmləşib. Sosial yardım və müavinət ala bilməyən və ya bu işdə problemlər yaşadığını bildirən sakinlər idarə rəhbərliyindən hüquqlarının təmin edilməsini tələb edib.
Dərhal əraziyə rayon Polis Şöbəsinin əməkdaşları cəmlənib. Əvvəlcə etiraz aksiyası keçirildiyini zənn edən hüquq-mühafizə orqanları sonradan insanların yığışmasının səbəbini öyrənib.
Rayon sakinləri həmçinin bildirdi ki, polis onları həmin ərazidən uzaqlaşdırıb və bir neçə nəfəri saxlayıb.
Qeyd edək ki, Sabirabad rayon Polis Şöbəsindən aksiyanın keçirilməsini təsdiqlədilər. Lakin heç kimin saxlanılmadığını bildirdilər.
Nizam RZA

559