Çobanlar Şəkidə qədim abidə tapdılar
Azərbaycanın Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində qədim abidə aşkarlanıb. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, kənd sakinləri qoyun otararkən maraqlı bir daşa rast gəliblər.
Onlar bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasına xəbər veriblər. Aparılan araşdırmalar nəticəsində sakinlərin tapdığı daşın IV-IX əsrlərə aid sarkofaq olduğu müəyyənləşdirilib. Sarkofaqda dəfn edilmiş 2 insanın sümükləri var. Sarkofaqın altında eramızdan əvvəl I minilliyin ortalarına aid mədəni təbəqə üzə çıxıb. Ekspedisiya üzvləri həmin ərazidə qədim yaşayış məskəninin olduğu qənaətindədirlər.

460