59 min 720 abituriyent elektron ərizəsini təsdiqlədib
17 may 2011 14:55 (UTC +04:00)

59 min 720 abituriyent elektron ərizəsini təsdiqlədib

2011-2012-ci tədris ilində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günə qədər 59 min 720 abituriyent elektron ərizəsini təsdiqləyib.


Abituriyentlərin 49 min 437 nəfəri Azərbaycan bölməsinə, 10 min 283 nəfəri rus bölməsinə müraciət edib. Azərbaycan bölməsində I qrup üzrə 14 min 785, II qrup üzrə 12 min 291, III qrup üzrə 15 min 17, IV qrup üzrə 7 min 344 abituriyent elektron ərizələrini təsdiqlədib. Rus bölməsində isə I qrup üzrə 2 min 919, II qrup üzrə 3 min 23, III qrup üzrə 3 min 48, IV qrup üzrə 1293 abituriyent elektron ərizələrini təsdiqlədib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar