YUNESKO-nun bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin yeni tərkibi təsdiq edildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində YUNESKO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin ümumi yığıncağı keçirilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığıncağı giriş sözü ilə açan akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələlər haqqında məlumat verib.
Tədbirdə Milli Komitənin tərkibində bəzi dəyişikliklər edilib və sədr akademik Cəlal Əliyev olmaqla, yeni tərkib təsdiq edilib. Bununla yanaşı, Milli Komitənin nizamnaməsində ediləcək dəyişikliklərlə əlaqədar İşçi Qrupu yaradılıb və İşçi Qrupunun tərkibi təsdiqlənib.

659