Elektrik avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu” MMC tərəfindən işlənmiş “AZS 587-2011”, “AZS 588-2011”, “AZS 591-2011” dövlət standartlarını təsdiq edib və tətbiq vaxtını 20 may 2011-ci ildən müəyyən edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “AZS 587-2011” “Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları” standartı Sənaye və Energetika Nazirliyinin və şəhər, ərazi icra orqanlarının fəaliyyətdə olan və yenidən qurulan elektrik stansiyalarının, eyni zamanda istilik şəbəkələrinin, istilik məntəqələrinin və qızdırıcı qazanxanaların yanacaq-nəqliyyat, qazan-turbin və kimya sexlərində istilik-güc, mexaniki və su hazırlayan avadanlıqların, istilik avtomatikası və ölçü cihazlarının istismarı, təmiri, saxlanması, sazlanması və sınağı ilə məşğul olan heyət üçün vacib olan qaydaları müəyyən edir.
“AZS 588-2011” “Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat” standartı Azərbaycan Respublikasında fəaliyyətdə olan, yeni və yenidən qurulan elektrik qurğularında tətbiq olunan elektrik enerjisinin və gücün uçotu sisteminə şamil olunur və digər idarələr tərəfindən də istifadə oluna bilər. Nümunəvi təlimat elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı onun uçotu üzrə əsas qaydaları özündə əks etdirir, elektrik enerjisinin və gücün uçotu sisteminin texniki cəhətdən təşkilinə və istismar qaydalarına tələbləri müəyyən edir. Nümunəvi təlimat “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, sahə layihə təşkilatları və istehlakçıların heyəti üçün nəzərdə tutulub.
“AZS 591-2011” “Energetika sahəsinin əsas terminlərinin izahlı lüğəti. Terminoloji lüğət” standartı “Azərenerji” ASC strukturu daxilində müəssisələr arasında, digər enerji istehsalçı müəssisələr, enerji satış bazarları, enerji nəql edən müəssisələr, istehlakçı qurumlar arasında Azərbaycanda müasir bazar münasibətlərini, iqtisadi münasibətləri və istehsal-istehlak münasibətlərini ifadə etmək üçün baza sənədi hesab olunur. Bu lüğət energetikanın bütün sahələrində çalışan mütəxəssislər, mühəndis-texniki heyət, elmi işçilər, aspirant və tələbələr üçün nəzərdə tutulub.

5864