Teleradio yayımı üçün tələb olunan dövlət rüsumunun məbləği dəyişdiriləcək
16 may 2011 16:50 (UTC +04:00)

Teleradio yayımı üçün tələb olunan dövlət rüsumunun məbləği dəyişdiriləcək

Azərbaycanda televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun məbləği dəyişdiriləcək. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.


Onun sözlərinə görə, lisenziyanın verilməsi ilə bağlı yeni qaydalar tətbiq olunandan sonra dövlət rüsumunun təsnifatlaşdırılması işinə başlanacaq: “Bununla bağlı Azərbaycan Nazirlər Kabineti, müvafiq nazirliklərlə lazımi məsləhətləşmələr aparmışıq. Lisenziyanın dəyərinin təsnifatlaşdırılması ilə bağlı layihə hazırlanıb. Yaxın vaxtlarda bu layihə təsdiq olunacaq. İndiyə qədər Azərbaycanda televiziya və radio yayımı üçün 11 min manat dövlət rüsumu ödənilirdi. İndi isə bu məbləğ fərqli olacaq”.



Şura sədri deyib ki, ölkəyə yayımlanan teleradio kanalları əvvəlki kimi 11 min manat dövlət rüsumu ödəyəcək. Regional televiziya kanalları və radiolar, kabel televiziyaları üçün isə qiymətlər fərqli olacaq: “Bu qiymətlər xeyli aşağı salınıb. Məsələn, regional televiziya yayımı üçün 3000 manat, regional radio yayımı üçün 1000 manat, 5000-dən çox abonenti olan kabel televiziyası üçün 6000 manat, 5000-dən aşağı abonenti olan kabel televiziyaları üçün isə 3000 manat dövlət rüsumu ödəniləcək”.


N. Məhərrəmli bildirib ki, bu prosesin həyata keçirilməsində məqsəd televiziya və radio yayımını Avropa standartlarına uyğunlaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar