ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanacaq
16 may 2011 16:33 (UTC +04:00)

ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanacaq

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin açılış mərasimində ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə ataşesi Ziqlinde Şpanlanq, Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus Amman, həmin institun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən alman dilli ədəbiyyatla məşğul olan azərbaycanlı və xarici müəllimlər də iştirak edəcəklər.

Səməd Seyidov və Silvia Mayer-Kaybiç açılış nitqi ilə çıxış edəcəklər. Tədbir çərçivəsində ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə də imzalanacaq. Sonra Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri Klaus Amman “Avstriya ədəbiyyatı anlayışı”, universitetin Robert Muzil adına Ədəbiyyat İnstitutunun bölmə rəhbəri Valter Fanta “Şeytanlar. Dodererdən Mitterə qədər Avstriya ədəbiyyatında şovinizm, millətçilik və sağ radikalizm” mövzularında danışacaqlar.

ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva “Muzil və Kafkanın yaradıcılığında insan obrazı”, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev “Muzilin yaradıcılığında kinayə: üslubi vasitə yoxsa gerçəkliyin kəskin tənqidi?” mövzularında çıxış edəcəklər. Alpen-Adria Universitetinin əməkdaşı Maja Haderlap isə Avstriya ədəbiyyatından seçilmiş şeirlər səsləndirəcək.

ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdiyi tədbir çərçivəsində iki dövlət arasında mədəni-siyasi əlaqələrdən, tərcümə məsələlərindən və Avstriya ədəbiyyatının Azərbaycandakı vəziyyətinə də həsr olunmuş dəyirmi masa da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar