İqbal Ağazadə Roland Kobia ilə görüşüb
Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, demokratiyanın və insan haqlarının vəziyyəti müzakirə olunub. Geniş müzakirə və fikir mübadiləsi şəraitində keçən görüşdə Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycan Avropa Birliyi münasibətləri barədə də söhbət ediblər.
520