“Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı sanatoriyalar tədricən boşaldılmalıdır”
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında AHİK-in sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, Azərbaycan turizm ölkəsinə çevrildiyindən sanatoriyaların öz təyinatları üzrə işləməsi zərurəti yaranıb: “Həmin sanatoriyalar tədricən boşaldılmalıdır. Lakin sanatoriyalar boşaldılandan sonra onların təmiri üçün xeyli vəsait lazımdır. Bu sanatoriyalar müasir tələblərə uyğun yenidən qurulmalıdır”.
Konfederasiya sədrinin sözlərinə görə, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sahə həmkarlar təşkilatlarının istirahət mərkəzləri yaranıb: “Artıq rabitə və dəmiryol işçilərinin həmkarlar təşkilatlarının sanatoriyaları tikilib. Hazırda isə təhsil işçiləri üçün 380 nəfərlik istirahət sanatoriyası tikilir, onun gələn il istifadəyə veriləcəyi gözlənilir”.

586