Azərbaycanda ilk dəfə “İSO 9001” və “İSO 18001” standartları üzrə sertifikatlaşma həyata keçirildi
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,
AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı “İSO 9001G “Keyfiyyəti idarəetmə sistemləri” standartı üzrə “Neftqazmaş” ASC-ni, “İSO 18001” “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartı üzrə “SS-EAST” MMC-ni sertifikatlaşdırıb.
Bu standartların tətbiqi müəssisələrə tədarükçü və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləmək, infrastrukturun daim işçi vəziyyətdə olmasını təmin etmək, kadrların səriştəliliyini artırmaq, uyğunsuz məhsulları (xidmətləri) idarə etmək, istehlakçıların məmnunluğunu artırmaq, müəssisədə insanların sağlamlığına zərər verən və mülkiyyətin dağıdılmasına səbəb olan təhlükələri müəyyənləşdirmək, bunlarla bağlı riskləri qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək, ekologiyanın çirklənməsinə səbəb olan mənbələri müəyyən etmək və onları neytrallaşdırmaq, məhsulların zərərli olmasına səbəb olan mənbələri müəyyən etmək və onların qarşısını almaq, istehsal proseslərini təkmilləşdirmək imkanı verir.

987