Qubada “Vətəni tanı” ümumrespublika kampaniyasının seçim turu keçirilib
Mayın 14-ü Quba rayonunda “Vətəni tanı” ümumrespublika kampaniyasının seçim turu keçirilib. Yarışmaya rayonda yerləşən təhsil müəssisələrinin 150 üzvü qatılıb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, onlar 14-18 yaş arasında olan oğlan və qızlardır. Kampaniya elektron və adi qaydada aparılır. Sonra yarışmanın qalibi olacaq iki məktəbli turnirin Bakıda keçiriləcək final mərhələsinə qatılacaq. Qubada təşkil olunan tədbirə millət vəkilləri Vahid Əhmədov, Fuad Muradov da qatılıb.
“Vətəni tanı” ümumrespublika kampaniyasının əsas təşkilatçısı Azərbaycan Respublikası gənclər təşkilatları milli şurasıdır. Təşkilatın sədri Fuad Muradov layihənin bütün respublika ərazisini əhatə edəcəyini deyir. Layihə ümumilikdə 12 000 gənci əhatə edəcək.
Vəli Turan

484