“Xural” qəzetinin redaksiyasında əşyalar siyahıya alınır
Qəzetin baş redaktoru Əvəz Zeynallı Lent.az-a bildirib ki, redaksiyadakı bütün əşyalar siyahıya alınır: “Hazırda mənim otağımda siyahıyaalma bitib, indi redaksiyanın o biri otaqlarındakı əşyaları siyahıya alırlar”.
Baş redaktor bildirib ki, redaksiyadakı siyahıyaalmanın səbəbi qəzetlə bağlı məhkəmə qərarlarından birinin icraya yönəldilməsidir: “İcra vərəqi bizə ayın 10-da gəlib. 10 gün vaxtımız var ki, qərardan şikayət edək. Hazırda bir şikayət hazırlayırıq ki, məhkəmə cərimənin hissə-hissə ödənilməsi barədə qərar çıxarsın”.
Ə.Zeynallı deyib ki, siyahıya alınan əşyaların hamısı məhkəməyə təqdim olunacaq, məhkəmədə də müsadirə edilib-edilməməsi ilə bağlı qərar çıxaracaq: “Yəqin ki, bizə müəyyən vaxt verəcəklər ki, cəriməni ödəyək. Əks təqdirdə isə əşyaları müsadirə edəcəklər. Qanuna görə, siyahıya alınan əşyaların heç birini redaksiyadan kənara çıxara bilmərik”.
Anar GƏRAYLI

546